Polis Qəbələdə əməliyyat keçirdi: 3 nəfər TUTULDU - FOTO

Polis Qəbələdə əməliyyat keçirdi: 3 nəfər TUTULDU - FOTO

Hazırda oxunan: Polis Qəbələdə əməliyyat keçirdi: 3 nəfər TUTULDU - FOTO

211536

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Elnur Məmmədov, qohumu Samir Əsədov və Cəsur Hüseynov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya bildirilib ki, onlardan 2 kiloqram 300 qram marixuana və metamfetamin aşkar olunub.

Saxlanılanlar narkokuryerliyə cəlb edildiklərini və pul qarşılığında narkotik vasitələri Gəncə şəhərinə aparmağa razılaşdıqlarını bildiriblər. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılanların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO