Ağdərədəki qəzada xəsarət alan 4 yanğınsöndürən helikopterlə Bakıya TƏXLİYƏ EDİLDİ - RƏSMİ

Ağdərədəki qəzada xəsarət alan 4 yanğınsöndürən helikopterlə Bakıya TƏXLİYƏ EDİLDİ - RƏSMİ

Hazırda oxunan: Ağdərədəki qəzada xəsarət alan 4 yanğınsöndürən helikopterlə Bakıya TƏXLİYƏ EDİLDİ - RƏSMİ

211471

14 sentyabr 2024-cü il tarixində saat 13:00 radələrində Ağdərə rayonu, Çardaqlı kəndində açıq ərazidə baş vermiş yanğının söndürülməsinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 1 ədəd “Kamaz” markalı yanğınsöndürmə avtomobili qəza edib.

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Ağdərədə FHN-nin maşını aşdı - Nazirliyin əməkdaşı öldü - VİDEO


Bildirilib ki, yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan yanğınsöndürən - 1983-cü il təvəllüdlü Allahverdiyev Elsevər Qəşəm oğlu həyatını itirib, 4 nəfər yanğınsöndürən isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alan yanğınsöndürənlər müvafiq tibbi yardımın göstərilməsi məqsədilə təcili olaraq Nazirliyin Aviasiya dəstəsinin helikopteri ilə həkimlərin müşayiəti altında Bakı şəhərində yerləşən ixtisaslaşmış tibb müəssisəsinə təxliyə olunublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO