Sentyabrın 14-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Bizim.Media xəbər verir ki, əvvəlcə Komissiyanın sentyabrın 12-də keçirilən iclasının protokolu təsdiq edilib.
Sonra 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar ərizəçilərin, maraqlı subyektlərin və media mənsublarının da iştirakı ilə Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb.
Komissiya üzvlərinin geniş müzakirəsinin ardınca, vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada, operativ şəkildə baxılan müraciətlərlə bağlı müvafiq qərarlar qəbul olunub.
Daxil olan müraciətlərin, müxtəlif mənbələrdən əldə edilən məlumatların ərizəçilərin özlərinin də bilavasitə iştirakı ilə tamamilə şəffaf, hərtərəfli və obyektiv araşdırılmasının nəticəsi olaraq, seçicilərin iradəsinin müəyyənləşdirilməsinin qeyri-mümkünlüyünə və seçki qanunvericiliyinə uyğun olmayan digər hallara görə 42 saylı Sumqayıt birinci seçki dairəsinin 27 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilib.
Media nümayəndələri tərəfindən geniş işıqlandırılan iclasda, həmçinin cari məsələlərə də baxılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:37 / 14.09.2024
Mərkəzi Seçki Komissiyasının iclasında bu məsələlər MÜZAKİRƏ EDİLDİ
Hazırda oxunan: Mərkəzi Seçki Komissiyasının iclasında bu məsələlər MÜZAKİRƏ EDİLDİ
Hazırda oxunan: Mərkəzi Seçki Komissiyasının iclasında bu məsələlər MÜZAKİRƏ EDİLDİ
211463
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.