Temperatur 6 dərəcə enəcək, intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Temperatur 6 dərəcə enəcək, intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Hazırda oxunan: Temperatur 6 dərəcə enəcək, intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

211455

Sentyabrın 16-sı axşam qərb rayonlarından başlayaraq 17-si gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, havanın temperaturu ötən günlərlə müqayisədə 3-6° aşağı enəcək.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO