MSK deputatlığa namizəd Qələndər Muxtarlının şikayətini TƏMİN ETMƏDİ

MSK deputatlığa namizəd Qələndər Muxtarlının şikayətini TƏMİN ETMƏDİ

Hazırda oxunan: MSK deputatlığa namizəd Qələndər Muxtarlının şikayətini TƏMİN ETMƏDİ

211445

Mərkəzi Seçki Komissiyasının (MSK) sentyabrın 14-də keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsindən namizədliyi qeydə alınmış Qələndər Muxtarlının müraciətinə baxılıb.

Bizim.Media xəbər verir ki, bu barədə MSK katibi Arifə Muxtarova bildirib.

Onun sözlərinə görə, şikayətçi seçki dairəsi üzrə bir çox seçki məntəqəsində səsvermənin nəticələrinin etibarsız sayılması barədə müraciət edib. Müraciətə 32 akt və 1 ədəd elektron informasiya daşıyıcısı da əlavə edilib.

A.Muxtarova bildirib ki, səsvermənin nəticələrinin etibarsız sayılması üçün hüquqi əsaslar müəyyən edilməyib, dəyişdirilmədən saxlanılıb.

Bu barədə məsələ iclasda səsverməyə çıxarılıb və qəbul olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO