Azərbaycanın görkəmli ictimai xadimi, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya Müharibəsi veteranı Fatma Səttarova dəfn olunub.
Bizim.Media xəbər verir ki, mərhumə II Fəxri xiyabanda torpağa tapşırılıb.
Dəfn mərasimdə mərhumənin yaxınları, ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Azərbaycanın görkəmli ictimai xadimi, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya Müharibəsi veteranı Fatma Hüseyn qızı Səttarova bu gün 102 yaşında vəfat edib.
Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Fatma Səttarova Prezident İlham Əliyevin sərəncamı ilə “İstiqlal” ordeni ilə təltif edilib.
Ona həmçinin Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü də təyin edilib.
Bizim.Media