Gəncədə 15 yaşlı oğlan qeyri-rəsmi nikahda olan keçmiş arvadını bıçaqladı

Gəncədə 15 yaşlı oğlan qeyri-rəsmi nikahda olan keçmiş arvadını bıçaqladı

Hazırda oxunan: Gəncədə 15 yaşlı oğlan qeyri-rəsmi nikahda olan keçmiş arvadını bıçaqladı

211411

Gəncə şəhər sakini 18 yaşlı Aygün Əmiraslanova bıçaq yaraları ilə xəstəxanaya çatdırılıb.

Bizim.Media xəbər verir ki, qadın əməliyyat olunsa da, vəziyyətinin ağır olduğu deyilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü Murad Əmiraslanov saxlanılaraq istintaqa təhvil verilib.

Aygün Əmiraslanovanı bıçaqlayan Murad Əmiraslanov onunla qeyri-rəsmi nikahda olan yeniyetmədir.

A. Əmiraslanova Murad Əmiraslanovdan ayrılıb, başqa şəxslə ailə həyatı qurub. M.Əmiraslanovun Aygünü başqa şəxslə evləndiyinə görə bıçaqladığı bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO