Gəncədə su təchizatı və kanalizasiya sistemi yenidən qurulur - FOTO/VİDEO

Gəncədə su təchizatı və kanalizasiya sistemi yenidən qurulur - FOTO/VİDEO

Hazırda oxunan: Gəncədə su təchizatı və kanalizasiya sistemi yenidən qurulur - FOTO/VİDEO

211377

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Gəncə Şəhər Sukanal İdarəsi tərəfindən şəhərin əksər küçə və prospektlərində köhnə su boruları yeniləri ilə əvəzlənir.

Bizim.Media xəbər verir ki, bu barədə ADSEA məlumat yayıb.

Bildirilib ki, su təchizatı ilə paralel olaraq kanalizasiya sistemi üzrə də bu işlər həyata keçirilir.

Gəncə şəhər Sukanal İdarəsinin rəisi Şöhrəddin Verdiyev bildirib ki, şəhərdə bu il ərzində 12 min metr içməli su, 10 min metr kanalizasiya xətti çəkilib: “Həmçinin 1 500 ədəd su sayğacının quraşdırılması nəzərdə tutulub. Hazırda işlər yekunlaşmaq üzrədir. 47 % su xətti, 44 % kanalizasiya xətti çəkilib. Gəncə şəhərinin 71 500 abonentinin 40 mini dayanıqlı içməli su ilə təmin olunur”.

Gəncə şəhərinin su təchizatı 3 mənbədən - Göygöl-Gəncə, Şəmkir-Gəncə magistral su xətləri və 97 ədəd subartezian quyuları vasitəsi ilə reallaşdırılır. Su şəbəkəyə ümumi tutumu 41 530 kubmetr olan 9 ədəd mərkəzi və 18 ədəd məhəllədaxili su anbarları vasitəsilə verilir.

Gəncə şəhəri Mirzə Abbas Abbaszadə, Həsən Əliyev, Fərhad Əliyev, Bakı Fəhləsi, Hacı Zeynalabdin Tağıyev, Müseyib Bağırov küçələrində, Yeni Gəncə qəsəbəsində, 38-ci Hərbi şəhərcikdə sıradan çıxmış müxtəlif su boruları polietilen borularla əvəz olunub.

Şəhərin istənilən küçəsində baş verən qəza hadisələri qəza xidməti tərəfindən dərhal nəzarətə götürülür və aradan qaldırılır.

Sukanal İdarəsinin rəisi onu da vurğulayıb ki, Üzeyir Hacıbəyov küçəsindəki diametri 300 millimetrlik polad borudan ibarət magistral su xəttində qəza olub, dərhal təmir işlərinə başlanılıb, problem qısa müddətdə aradan qaldırılıb, suyun verilməsi bərpa edilib.

Gəncə şəhər Sukanal İdarəsi yerli əhalinin dayanıqlı və keyfiyyətli içməli su ilə təminatını, o cümlədən tullantı, yağış sularının axıdıldığı xətlərin bərpası və yenilənməsi istiqamətində işləri intensiv həyata keçirir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO