Şəkidə qadını maşın VURDU

Şəkidə qadını maşın VURDU

Hazırda oxunan: Şəkidə qadını maşın VURDU

211352

Axşam saatlarında Şəkidə baş verən qəzada qadın müxtəlif dərəcəli xəsarətlər alıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, şəhərin Sabit Rəhman küçəsində hərəkətdə olan “Opel” markalı avtomobilin sürücüsü küçəni keçmək istəyən 38 yaşlı şəhər sakini Xəyalə Əfəndiyevanı vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisə yerinə cəlb edilən Təcili Tibbi Yardım briqadasının köməyi ilə yaralı qadın   Rayon Mərkəzi Xəstəxanasına aparılıb. O, müayinə olunduqdan sonra müalicələr başlanılıb. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Baş vermiş qəza ilə bağlı rayon polis şöbəsində araşdırma başlanılıb.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO