İxtisas magistraturasına qəbul olmaq istəyənlərin nəzərinə!

İxtisas magistraturasına qəbul olmaq istəyənlərin nəzərinə!

Hazırda oxunan: İxtisas magistraturasına qəbul olmaq istəyənlərin nəzərinə!

21134

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar magistraturaya qəbul imtahanının test mərhələsindən sonra qabiliyyət imtahanı verirlər. 

Bizim.Media xəbər verir ki, bu barədə, Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, bu ixtisaslaşmalar üzrə magistraturaya qəbul imtahanında müsabiqə şərtini ödəmiş bakalavrlar bitirdikləri bakalavr ixtisasından asılı olaraq xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına aid 68, 69 və 70 saylı qəbul proqramlarını seçə bilərlər. 
 

MÖVZU İLƏ BAĞLI:

Magistraturaya müsabiqə şərtləri açıqlandı


Müsabiqə şərtlərini ödəmiş bakalavrlar DİM-in müəyyən etdiyi tarixlərdə Mərkəzin saytının müvafiq səhifəsinə daxil olaraq müvafiq proqramları seçərək qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyatdan keçəcəklər.

Ali təhsil müəssislərinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalarına qəbul üçün keçiriləcək qabiliyyət imtahanları haqqında ətraflı məlumatı "Abituriyent" jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci sayından əldə etmək mümkündür.

Ali təhsil müəssislərinin magistratura səviyyəsinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar üçün ixtisaslaşma seçimi cədvəli ilə DİM-in saytında tanış olmaq mümkündür. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO