Şamaxıdakı qətlin təfərrüatları: Qayınanasının ailəsini dağıtdığını deyirmiş...

Şamaxıdakı qətlin təfərrüatları: Qayınanasının ailəsini dağıtdığını deyirmiş...

Hazırda oxunan: Şamaxıdakı qətlin təfərrüatları: Qayınanasının ailəsini dağıtdığını deyirmiş...

211295

Bu gün səhər 6 radələrində Şamaxıda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü Elbrus Şeydayev bıçaqladığı kişi ilə qadının qızından yeni boşanıbmış.
 

MÖVZU İLƏ BAĞLI:

Şamaxıdakı qətlin TƏFƏRRÜATI: Qayınatasını bıçaqlayıb maşınla üzərindən keçdi


Belə ki, bir neçə il əvvəl Elbrus Əlağa və Püstənin qızı ilə evlənsə də, onların övladı olmayıb. Bu səbəbdən ailədə söz-söhbətlər yaranıb və həyat yoldaşı Elbrusu tərk edib. E.Şeydayev isə arvadının onu tərk etməsində və ailəsində söz-söhbətlərin yaranmasında qayınanası 39 yaşlı Püstəni günahkar bilib. O, hər dəfə qayınanasının ailəsini dağıtdığını deyirmiş.

Bu gün səhər isə Elbrus avtomobillə Əngəxaran kəndində yol kənarında keçmiş qayınanası ilə qayınatasını görərək onları cəzalandırmaq qərarına gəlib. O, əvvəlcə 1979-cu il təvəllüdlü Əlağa Hüseynov və 1985-ci il təvəllüdlü Püstə Hüseynovaya kəsici-deşici alətlə müxtəlif xəsarətlər yetirib. Daha sonra isə maşını ər-arvadın üstünə sürərək onların ölməsinə əmin olmaq istəyib. Bu zaman Ə.Hüseynov maşının təkəri altında qalaraq ölüb, P.Hüseynova isə zərbədən yayınaraq sağ qalıb. O, xəstəxanaya çatdırılıb.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələrilə cinayət işi başlanıb.
Elbrus Şeydayev iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO