16 məktəbə yeni direktor TƏYİN EDİLDİ – FOTO

16 məktəbə yeni direktor TƏYİN EDİLDİ – FOTO

Hazırda oxunan: 16 məktəbə yeni direktor TƏYİN EDİLDİ – FOTO

211240

16 məktəb direktorunun rotasiya qaydasında yerdəyişməsi edilib. Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 3 ildən artıq müddət ərzində çalışan, peşəkarlıq və şagird nailiyyətləri ilə seçilən bir sıra məktəb direktorlarının rotasiya qaydasında yerdəyişməsi həyata keçirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yeni təyinatları kollektivə təqdim olunma mərasimində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin nümayəndələri, məktəb kollektivləri, eləcə də yerli təhsil rəhbərləri iştirak ediblər.

Rotasiya qaydasında yerdəyişmənin məqsədi təhsil müəssisələrində idarəetmə təcrübəsinin genişləndirilməsi, təhsil keyfiyyətinin yüksəldilməsi və məktəb rəhbərlərinin müxtəlif idarəetmə təcrübələrindən faydalanmasıdır. Tədbir zamanı çıxış edən nümayəndələr yeni təyin olunan direktorların təhsildə keyfiyyətin artırılması istiqamətində mühüm addımlar atacaqlarına, məktəblərin inkişafı və şagirdlərin uğurlu təhsil alması üçün geniş imkanlar yaradacaqlarına inandıqlarını ifadə ediblər. Direktorlar öz növbəsində təyin olunduqları yeni vəzifələrdə təhsil prosesini daha effektiv şəkildə qurmaq, pedaqoji kollektivin fəaliyyətini daha da gücləndirmək və məktəbin ümumi inkişafına töhfə vermək üçün çalışacaqlarını bildiriblər.

Qeyd edək ki, rotasiya qaydasında yerdəyişmənin davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulur.



Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO