Yük maşınının qabaq şüşəsini başı ilə qıran şəxslə bağlı DİN-dən açıqlama - VİDEO

Yük maşınının qabaq şüşəsini başı ilə qıran şəxslə bağlı DİN-dən açıqlama - VİDEO

Hazırda oxunan: Yük maşınının qabaq şüşəsini başı ilə qıran şəxslə bağlı DİN-dən açıqlama - VİDEO

211180

Sosial şəbəkələrdə Azərbaycanda yarıçılpaq vəziyyətdə olan kişinin hərəkətdə olan yük maşınının qabaq şüşəsinə zərbələr endirməsini və hərəkətini dayandırmağa çalışmasını əks etdirən görüntülər yayılıb. Müzakirələr yaradan videoya gələn şərhlərdə istifadəçilər onu döyüş film qəhrəmanlarına bənzədiblər.

Bizim.Media xəbər verir ki, görüntülərin Füzuli rayonunda lentə alındığı məlum olub.

Belə ki, videodakı şəxs əsəbi halda həyatını təhlükəyə ataraq hərəkət edən yük maşınının ön hissəsinə çıxıb. O, başı ilə zərbə endirərək maşının ön şüşəsini sındırıb. Həmçinin sürücünün maşını dayandırmasına çalışıb.

Mövzu ilə bağlı DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan qafqazinfo.az-a bildirilib ki, hadisə bu ilin 29 aprel tarixində baş verib.

“Həmin gün vətəndaş İ.Gülmalıyev “102 - Zəng Mərkəzi” xidmətinə məlumat verərək Füzuli rayonu Bala Bəhmənli kəndində idarəsində olan “Daf” markalı avtomobilin ön şüşəsinə tanımadığı şəxs tərəfindən ziyan vurulduğunu bildirib.

Məlumatla əlaqədar polis əməkdaşları müvafiq araşdırmalara başlayıb. Araşdırmalarla həmin əməli törədən şəxsin E.Məmmədov olduğu müəyyən edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib”, - rəsmi məlumatda vurğulanıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO