İnsanların həyatına “təsir edən” PSİXOLOJİ KİTABLAR – Uğur hekayələrinə nə qədər İNANAQ?

İnsanların həyatına “təsir edən” PSİXOLOJİ KİTABLAR – Uğur hekayələrinə nə qədər İNANAQ?

Hazırda oxunan: İnsanların həyatına “təsir edən” PSİXOLOJİ KİTABLAR – Uğur hekayələrinə nə qədər İNANAQ?

211154

Azərbaycanda son zamanlar özünüinkişaf, psixoloji kitablara maraq artıb. Bunu nəşriyyatların ən çox satılan kitablar siyahısından da görmək mümkündür. “Dostları necə qazanmalı”, “Varlanmanın yolları nələrdir”, “Ərə getməyin 49 qaydası”, “Uğurlu insanların vərdişləri” və bu kimi cəlbedici adı olan kitablar oxucularda maraq yaradır. 

İşində, qurduğu münasibətlərdə uğurlu olmaq, varlanmaq istəyənlər də çarəni belə kitablarda axtarırlar. Bu cür motivasiya kitablarının müəllifləri hansısa uğur hekayələri ilə insanda özgüvən, özünəinam yarada bildiklərinə iddialıdırlar.

Bəs bunlar insanların həyatına necə təsir edir? Hansı insanlar əsasən bu tip kitabları seçirlər?
 

MÖVZU İLƏ BAĞLI:

Qiymət baha, keyfiyyət aşağı... – Kitablar niyə UCUZLAŞMIR?


Mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Əfsanə Rüstəmova deyib ki, hər bir insanın özünü kəşf etmək yolu fərqlidir:

“Hər insanın nədən təsirlənəcəyi, onun dəyərlər sistemindən asılıdır. Biz bu tip kitablardan, motivasiya çıxışlarından həyəcanlanan, təsirlənən və həyatlarında dəyişim yaşayan insanların dəyər vahidlərinə sahib deyilik deyə bunları gülməli, məntiqli olmayan hesab edirik. Hər bir insanın doğru yolu tapmaq, özünü kəşf etmək yolları çox fərqlidir.

Bir insanın həqiqəti, həyatın məntiqini tapması üçün konkret bir yol yoxdur. Həyat sonsuz ehtimallardan ibarətdir. O insan həmin kitab vasitəsilə ehtimalın birini dəyərləndirir. Ola bilər ki, bu cür kitablar ona yol göstərməz, amma ən azından bu barədə düşünməyə sövq edər. Ona görə də belə kitabların oxunmasını dəstəkləyə bilərik. İnsanların şüur mərtəbələri var, şüur mərtəbələrinin yuxarısında olan insanlara aşağı şüur mərtəbələrində olan insanların cəhdləri qəribə, gülməli gələr. Bu çox normal və təbiidir”. 

Psixoloq insanların həssas nöqtəsindən istifadə edilərək pul qazanmaq məsələsini də belə izah edib:

“Ali insan olmaq üçün çıxılan hər yol müqəddəsdir. Bir insan səhv yolla gedib, daha qısa, yaxşı yolu kəşf etmiş olar. Coğrafiyada olduğu kimi, yanlış istiqamətdə gedib doğru yollar kəşf edən insanlar var. İndi düşünsək ki, başqaları pul qazanmaq üçün bizim həssas nöqtəmizdən istifadə edir. Bu, o deməkdir ki, əslində biz də fürsət tapsaq belə toxumlar cücərdəcək təbiətə sahibik”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO