Qarabağ Universitetinin tələbələrinin NƏZƏRİNƏ: Dərs cədvəlləri hazırlandı

Qarabağ Universitetinin tələbələrinin NƏZƏRİNƏ: Dərs cədvəlləri hazırlandı

Hazırda oxunan: Qarabağ Universitetinin tələbələrinin NƏZƏRİNƏ: Dərs cədvəlləri hazırlandı

211140

2024/2025-ci tədris ilində Qarabağ Universitetində bütün ixtisaslar üzrə dərs cədvəlləri hazırlanıb, professor-müəllim heyəti tam formalaşıb. 

Ali təhsil müəssisəsindən Bizim.Media-ya verilən məlumata görə, dərslər sentyabrın 23-də başlayacaq. 

Qeyd edilib ki, ilk tədris ilinə hazırlıqla bağlı işlər yekunlaşıb, universitetin infrastrukturu tam hazırlanıb. 

Tələbə əsaslı müasir modeldə universitet quruculuğunun tərkib hissəsi olaraq, Qarabağ Universitetində tanışlıq günləri keçiriləcək. Həmin günlərdə tələbələr universitet kampusu, əməkdaşlarla və Xankəndi şəhəri ilə tanış olacaq, bütün zəruri məlumatları əldə edəcək və onları maraqlandıran bütün suallara cavab alacaqlar. 

Universitetə gəliş tarixləri barədə dəqiq məlumat tələbələrə müvafiq "WhatsApp" qrupları üzərindən təqdim ediləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO