Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə 9 sentyabr tarixində arıçılıq məhsullarının 24-cü Respublika Sərgi-Satış Yarmarkasının keçirilməsinə başlanılıb.
Satıcılar Bizim.Media-ya alıcılıq qabiliyyətinin aşağı olduğunu deyiblər.
MÖVZU İLƏ BAĞLI:
Uzun yaşamın SİRRİ – Bal ömrü 10-15 il UZADIR – MÜSAHİBƏ/FOTO
Artıq 3 ildir ki, bal yarmarkasında Qarabağ məhsulları satışa çıxarılır. Satıcıların sözlərinə görə, Qarabağ ballarına tələbat daha çoxdur. Yarmarkada fərqli ballar da gözə dəyir. Ən bahalı bal Kəlbəcər rayonundandır.
Qeyd edək ki, Gənclik metrosu yaxınlığında təşkil olunan yarmarka 29 sentyabra qədər davam edəcək.
Bizim.Media-nın bal yarmarkasından hazırladığı videoreportajı təqdim edirik:
QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.11. regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi - bəndinə uyğun olaraq hazırlanıb.
Nuray, Səid Qurbanov, Bizim.Media