Kəlbəcərdə yük avtomobili dərəyə aşdı: Ölən və yaralanan var

Kəlbəcərdə yük avtomobili dərəyə aşdı: Ölən və yaralanan var

Hazırda oxunan: Kəlbəcərdə yük avtomobili dərəyə aşdı: Ölən və yaralanan var

211096

Kəlbəcərdə ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, sentyabrın 12-i gecə saatlarında Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Qamışlı kəndi ərazisində yol nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub.

Polis əməkdaşları həmin əraziyə gələrək müvafiq tədbirlər həyata keçirib.

İlkin araşdırmalar zamanı məlub ki, Daşkəsən rayon sakini, 1989-cu il təvvəlüdlü N. Qasımov "Hovo" markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək dərəyə aşıb.

Hadisə nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, sərnişin, Daşkəsən rayon sakini, 1992-ci il təvvəllüdlü İ.Qasımov ağır bədən xəsaeətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO