Zabratda dəmir yoluna çıxan qadını sürət qatarı vurub

Zabratda dəmir yoluna çıxan qadını sürət qatarı vurub

Hazırda oxunan: Zabratda dəmir yoluna çıxan qadını sürət qatarı vurub

211052

Bu gün saat 19:18-də Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən sürət sərnişin qatarı Zabrat sahəsində hərəkətdə olarkən bir qadın qəfil qatarın yoluna çıxıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub. 

“Təəssüflə qeyd edirik ki, stansiya əməkdaşları tərəfindən hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağrılsa da həmin şəxs aldığı ağır bədən xəsarətlərindən  dünyasını dəyişib.

ADY mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir və bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır.

Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır”, - məlumatda qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO