Talassemiyalı uşaqların müalicəsi üçün yığılmış pulları ələ keçirməkdə ittiham olunan şirkət rəhbəri Nuridə Seyidova və onun işçiləri Aynur Bayramova ilə Aysel Məmmədovanın məhkəməsinin növbəti iclası keçirilib.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses hakim Azər Məcidovun sədrliyi ilə baş tutub .
Məhkəmədə çıxış edən Nuridə Seyidova bildirib ki, o, 2016-cı ildən dərman şirkətləri ilə çalışıb. 2017-ci ildə "My Doc Tour" tibbi turizm şirkətini yaradıb. Buna səbəb Türkiyə və Rusiyanın dərman şirkətlərinin marağı olub. Direktoru və təsisçisi özü olub. 2022-ci ildə "Urmedhelp" MMC ni yaradıb və Aysellə də həmin il tanış olub:
"Şirkətin demək olar ki, bütün işləri ilə Aysel məşğul olurdu. Mərkəzi klinikanın cərrahı Tariyel doktor və Mərkəzi Gömrük Hospitalın tranpatoloqu Mircəlal ilə də məni o tanış edib. Xəstələri də o, yönləndirirdi".
Aysel isə iddia edib ki, o sadəcə xəstələri yönləndirib, bütün işlər ilə məşğul olması iddiaları yalandır:
"Xəstəxanaya ödənilməsi lazım olan pulun yarısını xəstələrdən alıb Mərkəzi Xəstəxanaya, Mərkəzi Gömrük Xəstəxanasına, Olimp Hospitala Nuridə köçürürdü. Yəni əməliyyat harada olacaqsa ora. Mənim pullarla və ya işlə bağlı məlumatım olmurdu".
Hakimin ünvanladığı 36 nəfər zərərçəkmişdən götürülən milyona yaxın pulun harda olması sualı isə cavabsız qoyulub. Hakim əlavə edib ki, bu pul üçün ayda 5-6 manatdan artıq vergi ödənilməyib. Təqsirləndirilən şəxslər bu barədə də danışmayıb.
Digər təqsirləndirilən şəxs Aynur Bayramova isə Nuridə ilə Fidan adlı xanım vasitəsi ilə tanış olduğunu deyib.
"Mənim övladım da xəstəlikdən əziyyət çəkirdi. Buna görə 2018-ci ildə Türkiyəyə müalicəyə getdim. Kollec bitirdiyim üçün iş də tapa bilmirdim. Antaliya Medical Park - qızım müalicə olan yerdə çətinliklə iş tapdım. Əmək müqaviləsiz işləyirdim lakin 500 dollar maaş alırdım. Orda Akif hoca adlı həkimin tibb bacısı idim.
Bu zaman Səbahəddinlə tanış oldum. O, mənə Nuridə ilə əməkdaşlıqları olduğunu söylədi.
Bildirdi ki, Azərbaycandan qan daşıyan şəxsə ehtiyac var. Nuridəyə də tövsiyyə edilib ki, özünə daha geniş bir ofis götürsün. Daşınma işi ilə mən məşğul oldum. Mənə dedilər ki, Nuridəyə güvənə bilərəm. Çünki, onun sponsorları varmış, buna görə də mən ona xəstələri yönləndirirdim. Demişdilər ki, bunun qarşılığında 20% bonus və konsultasiya veriləcək".
O, pullarla bağlı hakimin suallarına cavabında deyib ki, hamısını Nuridə götürüb:
"İstintaqa təqdim olunan videolarda mənim pul saymağımla bağlı görüntülərin olduğu doğrudur. Lakin o videoları mən çəkdirtmişəm. Çünki xəstələr mənə güvənirdi, onlara öz övladım kimi davranırdım, can yandırırdım. Lakin video bitəndən sonra pulları Nuridə xanımln masasına qoyurdum. Sonrasından xəbərim olmurdu".
Nuridə Seyidova haqqındakı bu iddiaları rədd edib.
Yekun nəticəyə görə iclas isə 27 sentyabr saat 11:30 tarixinədək təxirə salınıb.
Qeyd edək ki, “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi N. Seyidova A. Bayramova və A. Məmmədova ilə cinayətkar əlaqəyə girib külli miqdardapul mənimsəməyə görə onlar barəsində cinayət işi başlanılıb. İttihama görə, onlar 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın pullarını ələ keçiriblər.
Xanım müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib. Hər üç xanım müttəhim barəsində həbs qətiimkan tədbiri seçilib.
Selcan Zaurqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:52 / 11.09.2024
Talassemiyalı uşaqların müalicəsi üçün yığılan pulları mənimsəyən şirkət rəhbəri MƏHKƏMƏ QARŞISINDA
Hazırda oxunan: Talassemiyalı uşaqların müalicəsi üçün yığılan pulları mənimsəyən şirkət rəhbəri MƏHKƏMƏ QARŞISINDA
Hazırda oxunan: Talassemiyalı uşaqların müalicəsi üçün yığılan pulları mənimsəyən şirkət rəhbəri MƏHKƏMƏ QARŞISINDA
211036
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.