Füzuli və Şuşa sakinləri işlə təmin olundu

Füzuli və Şuşa sakinləri işlə təmin olundu

Hazırda oxunan: Füzuli və Şuşa sakinləri işlə təmin olundu

211029

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) və Ağdam, Füzuli, Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Füzuli və Şuşa şəhərlərində sakinlərin işlə təmin olunması barədə müraciətlərinə baxılıb, onlarla görüş keçirilib.

ADSEA-dan Bizim.Media-ya bildirilib ki, sakinlərlə görüşdə agentlik sədrinin müşaviri Etibar Məmmədov deyib ki, işğaldan azad olunmuş şəhərlərin və rayonların sakinlərindən daxil olan müraciətlərə xüsusi həssaslıqla yanaşılır.

Füzuli şəhərində təşkil olunan görüşdə işə qəbul olmaq istəyən 16 Füzuli sakininin müraciətlərinə baxılıb, onlar ixtisaslarına və peşə bacarıqlarına uyğun olaraq ADSEA-nın tabeliyində Regional Su Meliorasiya Xidmətinin Füzuli Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində işlə təmin olunublar.

Şuşa şəhərində keçirilən tədbirdə işə qəbul olunmaqla bağlı 20 Şuşa sakininin müraciətlərinə baxılıb.

Onlar da müvafiq qaydalar üzrə seçimlərdən keçərək Qarabağ Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Şuşa və Xankəndi Su Meliorasiya Sistemlərinin İstismarı Sahəsində işlə təmin olunublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO