Novella Cəfəroğlu Müsavatdan istefa verdi

Novella Cəfəroğlu Müsavatdan istefa verdi

Hazırda oxunan: Novella Cəfəroğlu Müsavatdan istefa verdi

211022

Hüquq müdafiəçisi Novella Cəfəroğlu Müsavat Partiyasından istefa verib.

Bizim.Media xəbər verir ki, bu barədə pravda.az-a hüquq müdafiəçisi özü məlumat verib.

“Müsavat Partiyasına istefa məktubumu göndərdim. Partiya sədri İsa Qəmbər məktubu alıb. Mənə görə Müsavata söz gəlir, bu səbəbdən istefa verdim. Əlbəttə ki, istefamı qəbul edəcəklər. Baxmayaraq ki, 30 ildir, bir yerdə çiyin-çiyinə vuruşmuşuq, çoxlu dostlarım var. Müsavatdan getmişəm, dostluqdan getməmişəm”, - N.Cəfəroğlu bildirib.

Musavat.com-un məlumatına görə, Novella Cəfəroğlu ilə Müsavat Partiyasının rəhbərliyi arasında 1 sentyabr parlament seçkilərinə münasibətdə fikir ayrılığı yaranıb.

Belə ki, N.Cəfəroğlunun rəhbərlik etdiyi “Mənim səsim” seçki Monitorinq Koalisiyasının seçki günü ilə bağlı hazırlayıb yaydığı hesabatda seçkilərin heç bir problem yaşanmadan, qanunauyğun və düzgün keçirildiyinin bildirilməsi Müsavat Partiyasının rəhbərliyini narazı salıb. Onlar bu hesabatdakı fikirlərlə Müsavat Partiyasının seçkilərlə bağlı mövqeyinin bir-birinə zidd olduğunu, hesabatın reallığı əks etdirmədiyini əsas göstərək Novella Cəfəroğlundan izahat tələb ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO