Sumqayıt köhnə avtobuslarla VİDALAŞIR – Şəhərə yeni avtobuslar GƏTİRİLİR – ÖZƏL

Sumqayıt köhnə avtobuslarla VİDALAŞIR – Şəhərə yeni avtobuslar GƏTİRİLİR – ÖZƏL

Hazırda oxunan: Sumqayıt köhnə avtobuslarla VİDALAŞIR – Şəhərə yeni avtobuslar GƏTİRİLİR – ÖZƏL

211018

Azərbaycanın iri şəhərlərindən olan Sumqayıtda sərnişin daşıyan avtobusların hamısı müasir standartlara cavab vermir. Sakinlərin sözlərinə görə, şəhərdə fəaliyyət göstərən, xüsusilə mərkəzdən 10 kilometr istiqamətdə hərəkət edən avtobusların bəzisi istismar müddətini başa vurub.

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəis müavini Tofiq Saydumov deyib ki, bu həftə şəhərdəki bəzi avtobuslar yenisi ilə əvəzlənəcək:

“Hazırda 5 yeni avtobus gətiririk, bu avtobusları təhvil verdikdən sonra daha 5 avtobus da gətirəcəyik. Avtobusları Türkiyədən gətiririk. Hazırda xətdə avtobuslar var, şəhərin mərkəzi istiqamətində işləyən və istismara yararsız olanları yeniləri ilə əvəz edəcəyik. Yeni avtobuslar 7 və 7A saylı şəhərdaxili marşrut xətlərinə buraxılacaq. Bunlar 12 metrlik avtobuslardır”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO