Dağıdıcı zəlzələlərdən zərər çəkən Türkiyənin Kahramanmaraş vilayətində Heydər Əliyev adına ibtidai məktəbin açılışı baş tutub.
Bizim.Media xəbər verir ki, açılış mərasimində Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və onun türkiyəli həmkarı Yusuf Tekin iştirak ediblər.
Emin Əmrullayev bildirib ki, Azərbaycan və Türkiyənin qardaşlığı sadəcə sözdə deyil, həm də əməldədir. O qeyd edib ki, iki ölkə hər zaman birlik nümayiş etdirib ki, bu da bütün Türk dünyasının güclənməsi üçün önəmlidir.
Nazir, həmçinin, məktəbin açılması ilə bağlı bütün şəhər sakinlərini təbrik edib: “Buradakı müəllimlərə, şagirdlərə uğurlar diləyirəm. İstərdim ki, Heydər Əliyev adına bu məktəb Azərbaycandakı bir məktəblə qardaşlaşsın və şagird mübadiləsi həyata keçirilsin”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:07 / 11.09.2024
Kahramanmaraşda Heydər Əliyev adına məktəbin açılışı oldu – VİDEO
Hazırda oxunan: Kahramanmaraşda Heydər Əliyev adına məktəbin açılışı oldu – VİDEO
Hazırda oxunan: Kahramanmaraşda Heydər Əliyev adına məktəbin açılışı oldu – VİDEO
211016
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.