Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olundu - FOTO/VİDEO

Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olundu - FOTO/VİDEO

Hazırda oxunan: Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olundu - FOTO/VİDEO

211014

Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

Bizim.Media xəbər verir ki, Laçına qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verilib.
 

Tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman aidiyyəti qurumlara xəbər vermələri tövsiyə olunub.


Açarların təqdim edilməsi mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Laçın rayonunda Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları və digər şəxslər iştirak ediblər. Ailələr sevinc hissi ilə açarları təhvil alıb və öz evlərində məskunlaşıblar.

Bununla da Laçın şəhərində 570 ailənin, yəni 2090 nəfərin daimi məskunlaşması təmin edilib.

Qeyd edək ki, köçürülən ailələrin Laçın şəhərində dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.

















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO