Metronun yaxınlığında söyüş söyən şəxsi döydü - CƏZALANDI

Metronun yaxınlığında söyüş söyən şəxsi döydü - CƏZALANDI

Hazırda oxunan: Metronun yaxınlığında söyüş söyən şəxsi döydü - CƏZALANDI

210986

Nizami Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Pənah Oruclunun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, hakim Nəriman Mehdiyev sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 1200 manat cərimə cəzası təyin olunub.

İttihama görə, hadisə 01 iyul 2024-cü il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən metronun "Xalqlar Dostluğu" stansiyasının yaxınlığında qeydə alınıb. Belə ki, Pənah Oruclu zərərçəkmiş Ramazan Ramazanlının (şərti) başqa şəxslə aralarında olan danışıq zamanı nalayiq ifadə işlətməsinə irad bildirib.

Sonra həmin şəxslər arasında mübahisə başlayıb. Bu zaman o, zərərçəkmiş şəxsə fiziki zor tətbiq edib, qəsdən əli və dizi ilə onun sifət və bədəninin digər nahiyələrindən vuraraq xəsarət yetirib. Hadisədən sonra Pənah Oruclu saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO