Göygöldə qardaş qardaşı BIÇAQLADI

Göygöldə qardaş qardaşı BIÇAQLADI

Hazırda oxunan: Göygöldə qardaş qardaşı BIÇAQLADI

210950

Göygöl rayonunda ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi qeydə alınıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayon sakini, 2005-ci il təvəllüdlü E. Rzayev mübahisə zamanı böyük qardaşı, 2002-ci il təvəllüdlü R. Rzayevə bıçaqla daxilə keçməyən xəsarət yetirib. 

Xəsarət alan 22 yaşlı gənc xəstəxanaya çatdırılıb, ona ilkin tibbi yardım göstərilib, vəziyyəti stabildir. 

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törədən şəxs saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır. Məlumat üçün bildirək ki, hər iki qardaş məhbusluq həyatı yaşayıb. 


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO