Azərbaycanda beş universitet yenidən TƏŞKİL EDİLƏCƏK

Azərbaycanda beş universitet yenidən TƏŞKİL EDİLƏCƏK

Hazırda oxunan: Azərbaycanda beş universitet yenidən TƏŞKİL EDİLƏCƏK

210884

Nazirlər Kabineti ölkədə 5 ali təhsil müəssisəsinin publik hüquqi şəxsə çevrilərək yenidən təşkil edilməsinə dair qərar verib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərarla həmin ali məktəblər Sumqayıt Dövlət Universiteti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Gəncə Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və Lənkəran Dövlət Universiteti publik hüquqi şəxsə çevrilərək yenidən təşkil ediləcək.

Belə ki:

- Sumqayıt Dövlət Universiteti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Sumqayıt Dövlət Universitetinə çevrilmə yolu ilə;

- Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına çevrilmə yolu ilə;

- Gəncə Dövlət Universiteti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Gəncə Dövlət Universitetinə çevrilmə yolu ilə;

- Naxçıvan Müəllimlər İnstitutu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Naxçıvan Müəllimlər İnstitutuna çevrilmə yolu ilə;

- Lənkəran Dövlət Universiteti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Lənkəran Dövlət Universitetinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Nazirlər Kabineti təsdiqlədiyi nizamnamələrə əsasən, Sumqayıt Dövlət Universitetinin nizamnamə fondu 30 836 404 (otuz milyon səkkiz yüz otuz altı min dörd yüz dörd) manat, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nizamnamə fondu 6 551 789 (altı milyon beş yüz əlli bir min yeddi yüz səksən doqquz) manat, - Gəncə Dövlət Universitetinin nizamnamə fondu 16 169 224 (on altı milyon bir yüz altmış doqquz min iki yüz iyirmi dörd) manat, Naxçıvan Müəllimlər İnstitutunun nizamnamə fondu 4 855 590 (dörd milyon səkkiz yüz əlli beş min beş yüz doxsan) manat, Lənkəran Dövlət Universitetinin nizamnamə fondu 18 717 649 (on səkkiz milyon yeddi yüz on yeddi min altı yüz qırx doqquz) manat olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO