Orduxan Qəhrəmanzadə: Gənclərin iqlim dəyişikliyinə qarşı mübarizədə iştirakı bütün dünya üçün zəruridir

Orduxan Qəhrəmanzadə: Gənclərin iqlim dəyişikliyinə qarşı mübarizədə iştirakı bütün dünya üçün zəruridir

Hazırda oxunan: Orduxan Qəhrəmanzadə: Gənclərin iqlim dəyişikliyinə qarşı mübarizədə iştirakı bütün dünya üçün zəruridir

210883

“Bakıda keçirilən “Gənc Liderlər Vasitəsilə Ətraf Mühit Siyasətinin Dəstəklənməsi” adlı Beynəlxalq Gənclər Forumunda biz iqlim dəyişikliyi ilə bağlı maarifləndirmə, ekoloji fəaliyyətlər və gənclərin liderlik bacarıqlarını inkişaf etdirmək məqsədilə birgə tədbir həyata keçiririk. Gənclərin iqlim dəyişikliyinə qarşı mübarizədə iştirakı təkcə ölkəmiz üçün deyil, bütün dünya üçün əhəmiyyətli və zəruridir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Gənclər Fondunun şöbə müdiri vəzifəsini icra edən Orduxan Qəhrəmanzadə jurnalistlərə açıqlamasında deyib.

“Bildiyimiz kimi, Prezident İlham Əliyev tərəfindən 2024-cü il “Yaşıl dünya naminə Həmrəylik ili” elan edilib və ölkəmiz Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı - COP29-a ev sahibliyi edəcək. Bu, ölkəmizin qlobal ekoloji problemlərin həllində aktiv iştirakını və iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığı gücləndirmək məqsədini əks etdirir. Bu istiqamətdə Gənclər Fondu gənclərin və gənclər təşkilatlarının iqlim dəyişikliyi sahəsində fəallığını artırmaq, onların ekoloji layihələrini və təşəbbüslərini dəstəkləmək təşəbbüsündə özünü göstərir.

İştirak etdiyimiz bu layihənin əsas məqsədi gəncləri iqlim dəyişikliyi ilə bağlı problemlərin həllinə cəlb etmək və onların bu sahədə fəaliyyətlərini təmin etməkdir. Dünyanın 18 müxtəlif ölkəsindən gələn gənclərlə bir arada olmaq və onların bu layihədə iştirakını görmək bizim üçün çox xoş və ilhamvericidir”, - deyə Orduxan Qəhrəmanzadə əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO