Paralimpiya medalçılarımızın hər biri nə qədər mükafat ALACAQ? – ARAŞDIRMA

Paralimpiya medalçılarımızın hər biri nə qədər mükafat ALACAQ? – ARAŞDIRMA

Hazırda oxunan: Paralimpiya medalçılarımızın hər biri nə qədər mükafat ALACAQ? – ARAŞDIRMA

210868

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev XVII Yay Paralimpiya Oyunlarında əldə etdikləri yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərini mükafatlandırıb.

Sərəncama əsasən birinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min) manat, onun məşqçisinə 100 000 (yüz min) manat; ikinci yeri tutan hər bir idmançıya 100 000 (yüz min) manat, onun məşqçisinə 50 000 (əlli min) manat; üçüncü yeri tutan hər bir idmançıya 50 000 (əlli min) manat, onun məşqçisinə 25 000 (iyirmi beş min) manat mükafat veriləcək.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Paralimpiya Oyunlarının medalçılarını mükafatlandırdı - MƏBLƏĞ


Bizim.Media qalib idmançılarımızın nə qədər mükafat alacağını araşdırıb:

İmaməddin Xəlilov - (taekvondo, qızıl medal) – 200 min manat;

Səid Nəcəfzadə - (paraatlet, qızıl medal) – 200 min manat;

Orxan Aslanov - (T13 kateqoriyası, hər ikisi uzunluğa tullanma, qızıl medal) – 200 min manat;

Lamiyə Vəliyeva - (100 metr məsafəyə qaçış, qızıl medal) və (400 metr məsafəyə qaçış, gümüş medal) – 300 min manat;

Raman Saley - (100 metr məsafəyə arxasıüstə üzmək, gümüş medal) və (100 metr məsafəyə sərbəst və "butterfly" üsulla üzmək – 2 bürünc medal) – 200 min manat;

Sabir Zeynalov - (parataekvondo, bürünc medal) – 50 min manat;

Vəli İsrafilov - (100 metr məsafəyə brass üsulu ilə üzmək, bürünc medal) – 50 min manat;

İlham Zəkiyev - (paracüdo, bürünc medal) – 50 min manat.

Qeyd edək ki, Azərbaycan idmançıları Paralimpiya Oyunlarında, ümumilikdə, 4 qızıl, 2 gümüş və 5 bürünc medal qazanıblar. Bu nəticə ilə ölkəmiz medal sıralamasında 28-ci yeri tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO