"Əli Həsənova bildirdim ki, yetim oğlanam, evim olmadığından ailə həyatı qura bilməmişəm"

Hazırda oxunan: "Əli Həsənova bildirdim ki, yetim oğlanam, evim olmadığından ailə həyatı qura bilməmişəm"

210830
Millət vəkili cənab Aqil Abbasa

Füzuli rayonundan məcburi köçkün Əliyev Rameş Fazil oğlu tərəfindən

Ə R İ Z Ə

Hörmətli Aqil müəllim, məlumat üçün bildirirəm ki, mən məcburi köçkün kimi Binəqədi rayonu Həmzə Babaşov küçəsində yerləşən natamam binada məskunlaşmışdım. 2012-ci ildə həmin binada yaşayanların bir neçəsinə mənzil verildi. Mənə növbə çatanda dedilər ki, sən qaldın növbəti dəfəyə. Bu yaxınlarda həmin binada yaşayanlara, yəni bizə xəbərdarlıq etdilər ki, sizə ev veriləcək, ona görə də binanı təhvil verməlisiniz. 2017-ci ilin axırlarından orada yaşayanlara bir-bir ev verməyə başladılar. Lakin orada bir neçə köçknə ev verilmədiyinə görə narazılıq yarandı. Ondan sonra hörmətli Əli Həsənov dekabrın 24-də bizi qəbul etdi. Bizim hər birimizi bir-bir dinlədi, mən bildirdim ki, on ildən çoxdur ki, həmin binada məskunlaşmışam. 2012-ci ildən həmin binada məskunlaşanlara ev veriləndə mənə dedilər ki, sənə növbəti dəfə ev veriləcək. Mən də razılaşdım. Cənab Baş nazirin müavini Əli Həsənova bildirdim ki, yetim oğlanam, evim olmadığından ailə həyatı qura bilməmişəm. Əli müəllim məni dinlədikdən sonra komissiya üzvlərinə üzünü tutub dedi ki, buna ev düşür, bu kişinin haqqıdır. Ondan sonra Binəqədi rayon məcburi köçkünlərin sədri Abış müəllim mənə dedi ki, sən get, arxayın ol, sənin kuponunu da, açarını da çağırıb verəcəyik. Lakin məni nə çağıran oldu, nə də açar verən. Bir də gördüm ki, yaşadığım otağın qapısını döydülər və məni çıxarıb bayıra atdılar. Hazırda qalmağa heç bir yerim yoxdur, növbə ilə qohumların evlərində qalıram.

Bu ölkədə çox haqsızlıqlar görmüşəm, ancaq bu dərəcədə təsəvvür etmirdim. İndi mən nə edim, kimin qapısını döyüm, kimə də deyirəm deyirlər ki, pul verməsən sənə ömründə ev verməyəcəklər. Çünki bura Azərbaycandır. Odur ki, Sizdən xahiş edirəm, araşdırın görün bu evlər kimə verilib.

Onu da qeyd edim ki, şikayətlər çox olduğundan baş prokuror yanında korrupsiyaya qarşı mübarizə idarəsi bu işə görə araşdırma aparır. Görək nəticəsi nə olacaq. Odur ki, Sizdən acizanə surətdə xahiş edirəm mənə köməklik edəsiniz.

İmza: Əliyev Rameş Fazil oğlu

Tel: (070) 355-52-51
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO