Şabrandan olan 20 yaşlı tələbə itkin düşdü

Şabrandan olan 20 yaşlı tələbə itkin düşdü

Hazırda oxunan: Şabrandan olan 20 yaşlı tələbə itkin düşdü

21083

Şabran rayon sakini 20 yaşlı İlkin Hüseynov Bakıda itkin düşüb.

Bizim.Media-nın məlumatına görə, bu barədə onun atası, Şabran rayon sakini Saleh Mirsəftər oğlu Hüseynov məlumat verib.

Bildirib ki, İ.Hüseynov Bakıdan Şabran rayonuna gəlmək adı ilə çıxsa da sonradan onunla əlaqə saxlamaq mümkün olmayıb.

"İlkin bu ilin mayın 11-də Bakıdan çıxarkən evlə danışıb. Deyib ki, "Şamaxinka"dan çıxıram.  Saat 15:40-dan sonra isə onunla əlaqə itib. Oğlumun boyu təqribən 165 santimetrdir. Oğlum Bakıda son günlərdə restoranların birində ofisiant kimi işləyirdi".

S.Hüseynov oğlunun itkin düşməsi ilə bağlı Şabran Rayon Polis Şöbəsinə müraciət edib. O, oğlunu görənlərdən özünün 050 479 11 08 nömrəsinə və ya Daxili İşlər Nazirliyinin "102" qaynar xəttinə zəng edib məlumat verməyi xahiş edib.

Qeyd edək ki, 2001-ci il təvəllüdlü İ.Hüseynov Azərbaycan Texniki Universitetinin tələbəsidir. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO