“Bu il Şuşada 1 nömrəli məktəbin açılması ilə yanaşı Xocalı, Xankəndi və Cəbrayıl şəhərlərində, habelə Sus kəndində də məktəblərimiz fəaliyyətə başlayacaq. Bununla da 10-a yaxın məktəbimizin fəaliyyəti təmin ediləcək”.
Bizim.Media xəbər verir ki, bunu Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlaması zamanı bildirib.
Nazir qeyd edib ki, Suqovuşon və Kəlbəcərdə tikilən məktəblərdə tədris köç prosesinin vaxtına uyğun olmaqla oktyabr və noyabr aylarında başlayacaq:
“2025, 2026, 2027-ci illərdə daha çox məktəbin fəaliyyətə başlaması nəzərdə tutulur. Çünki onların tikintisi hazırda davam etdirilir”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:36 / 10.09.2024
Bu il Xocalı, Xankəndi və Cəbrayılda məktəblər fəaliyyətə başlayacaq – RƏSMİ
Hazırda oxunan: Bu il Xocalı, Xankəndi və Cəbrayılda məktəblər fəaliyyətə başlayacaq – RƏSMİ
Hazırda oxunan: Bu il Xocalı, Xankəndi və Cəbrayılda məktəblər fəaliyyətə başlayacaq – RƏSMİ
210823
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.