Elm və təhsil naziri Emin Əmrullayev övladı rus dilində təhsil alan bəzi valideynlərin Azərbaycan tarixi fənninin Azərbaycan dilində tədris olunması ilə bağlı gileylərinə cavab verib.
Bizim.Media xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir qeyd edib ki, ölkəmizdə yaşayan, oxuyan hər bir şagird Azərbaycan dilini bilməlidir:
"Burada rus bölməsi olması fərq etmir. Şagird öz tarixini, öz ədəbiyyatını öz dilində oxumalıdır. Burada xüsusi məntiq axtarmağa ehtiyac yoxdur. Şagirdlər onsuz da Azərbaycan dili fənnini öyrənirlər. Azərbaycan tarixi fənnini keçəndə artıq onların ana dili bilikləri olmalıdır. Məqsəd də budur ki, o bilik formalaşsın".
"Rus bölməsindəki şagirdlərin Azərbaycan dili səviyyəsi ilə bağlı narahatlığımız var. Şagirdlər rus dilində tədris ala bilər, amma onların Azərbaycan dili yüksək səviyyədə olmalıdır", - deyə nazir vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:30 / 10.09.2024
Rus bölməsinin şagirdləri tariximizi Azərbaycan dilində öyrənəcəklər - Emin Əmrullayev
Hazırda oxunan: Rus bölməsinin şagirdləri tariximizi Azərbaycan dilində öyrənəcəklər - Emin Əmrullayev
Hazırda oxunan: Rus bölməsinin şagirdləri tariximizi Azərbaycan dilində öyrənəcəklər - Emin Əmrullayev
210799
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.