100 milyonluq monitorlara SON - Avtobus dayanacaqlarında yeni məlumat lövhələri QURAŞDIRILACAQ – FOTO

100 milyonluq monitorlara SON - Avtobus dayanacaqlarında yeni məlumat lövhələri QURAŞDIRILACAQ – FOTO

Hazırda oxunan: 100 milyonluq monitorlara SON - Avtobus dayanacaqlarında yeni məlumat lövhələri QURAŞDIRILACAQ – FOTO

210798

Bakının Nəriman Nərimanov rayonu Koroğlu Rəhimov küçəsindəki avtobus dayanacağında məlumat lövhəsi yoxdur. Sözügedən lövhəyə təkcə qeyd edilən ünvanda yox, digər dayanacaqlarda da rast gəlinmir. Bu lövhələr illər öncə keçmiş Nəqliyyat Nazirliyinin 100 milyon manata yaxın dövlət vəsaiti hesabına quraşdırdığı elektron lövhələrdən dayanacaqdan keçən marşrut avtobuslarının sadəcə nömrələrinin qeydi ilə fərqlənir. Yəni söhbət tərk edilmiş mənzildə toz basmış televizoru xatırladan elektron lövhələrdən getmir. Söhbət köhnə üslubda yazı ilə avtobus nömrələrinin qeyd olunduğu və müvafiq qurumların sərnişinlərə çox gördüyü sadə lövhələrdən gedir. 

Bu lövhələr olmadıqda vətəndaş hansı avtobusun həmin dayanacaqdan keçdiyini bilmir. Ona görə də dayanacaqda dəqiqələrlə vaxt itirir.
 

MÖVZU İLƏ BAĞLI:

Paytaxt yollarındakı elektron lövhələr NİYƏ İŞLƏMİR? - VİDEO


Nəriman Nərimanov rayonu Koroğlu Rəhimov küçəsi, 6 saylı xəstəxananın qarşısındakı dayanacaqdakı lövhədə marşrut avtobuslarının nömrələrinin qeyd olunmamasına səbəb nədir?

Məsələ ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, yaxın vaxtlarda lövhələrin mərhələli şəkildə yeni standartlar əsasında quraşdırılmasına başlanılacaq:

“Yol hərəkətinin təşkilinin texniki vasitələri “Yol nişanlarına, nişanlama xətlərinə, svetoforlara dair tələblər və onlardan istifadə qaydaları” dövlət standartları yeni təsdiq edilib. Qaydalara əsasən, avtobus dayanacaq nişanları, eləcə də nişanın yerləşdiyi dayanacaq məntəqəsindən keçən müntəzəm marşrut xətləri ilə bağlı məlumat lövhəsinə dair yeni standartlar müəyyən edilib. 


Yaxın vaxtlarda avtobus dayanacaq nişanlarının və sərnişinlər üçün zəruri olan məlumatların əks olunduğu lövhələrin mərhələli şəkildə yeni standartlar əsasında quraşdırılmasına başlanılacaq. Marşrut şəbəkəsi yenidən işlənir. Bu işlər yekunlaşandan sonra marşrutların nömrələri əks olunan lövhələr quraşdırılacaq, köhnələr yenilənəcək”, -deyə qurum rəsmisi əlavə edib.

Günay Şahmar, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO