Qarabağ Universitetində dərslər BU TARİXDƏ BAŞLAYACAQ

Qarabağ Universitetində dərslər BU TARİXDƏ BAŞLAYACAQ

Hazırda oxunan: Qarabağ Universitetində dərslər BU TARİXDƏ BAŞLAYACAQ

210796

Qarabağ Universitetinə qəbul olan tələbələrin yerləşdirilməsi prosesinə sentyabrın 15-16-dan başlanılacaq. 

Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlaması zamanı deyib. 

O bildirib ki, Universitetdə ilk tədris ili olduğu üçün birinci həftə tanışlıq həftəsi olacaq, tədris isə sentyabrın 23-dən etibarən başlayacaq. 

Bu oxşar təcrübə Türkiyə-Azərbaycan Universitetində də tətbiq olunacaq:

“Əlavə təqaüdlərlə bağlı tələbələrin qeydiyyatının başa çatmasını gözləyirik. Artıq 99 faiz tələbənin qeydiyyatı başa çatıb, imtina yoxdur. Tələbələrin hər biri təqaüdlə təmin olunacaq. Tədris ili başladıqdan sonra tələbələrə 100-150 manat arasında əlavə təqaüdlər veriləcək. Eyni zamanda, bəzi özəl şirkətlər də prosesə qoşularaq tələbələrə əlavə təqaüdlərin verilməsi təşəbbüsünü göstəriblər”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO