iPhone 16 TƏQDİM EDİLDİ - QİYMƏTİ/FOTO/VİDEO

iPhone 16 TƏQDİM EDİLDİ - QİYMƏTİ/FOTO/VİDEO

Hazırda oxunan: iPhone 16 TƏQDİM EDİLDİ - QİYMƏTİ/FOTO/VİDEO

210738

iPhone 16 smartfonlarının təqdimatı baş tutub.

Bizim.Media xəbər verir ki, təqdimat Apple şirkətinin saytında və Apple TV-də canlı yayımlanıb.
 

Tədbir Kupertinonun Apple Parkında Stiv Cobs Teatrında baş tutub.


“iPhone 16” və “16 Plus” üçün gözlənilən böyük dəyişiklik arxa tərəfdə şaquli şəkildə yerləşdirilmiş kameraya keçiddir.

Smartfonun ultramarin, çəhrayı, mavi, qara və ağ rənqləri mövcuddur. Telefonun iki kamerası var.

iPhone 16 və iPhone 16 Plus modelləri iPhone 15 və 15 Plus ilə eyni ölçüdə buraxılacaq.

iPhone 16-dakı A18 Bionic prosessoru iPhone 15-dən 30% daha sürətli olacaq.

Yeni modellər əsasən,

- Fəaliyyət düyməsi və Kamera idarəetmə düyməsi

- Ekran ölçüləri 6,1 və 6,7 düym

- "Advanced Apple Intelligence" süni intellekt sistemi

- Bildirişləri prioritetinə görə çeşidləmək

- Süni intellektlə qalereyada fotoşəkillərin axtarışı

- Siri ilə yazışma imkanı

- Cızılmağa daha davamlı olan yeni şüşə ilə təchiz ediləcək.

"iPhone 16"nın qiyməti isə 799 dollardan, "iPhone 16 Plus" isə 899 dollardan başlayır.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO