Sakinlərin DİQQƏTİNƏ: Xəzər və Suraxanı rayonlarının bir hissəsində QAZ OLMAYACAQ

Sakinlərin DİQQƏTİNƏ: Xəzər və Suraxanı rayonlarının bir hissəsində QAZ OLMAYACAQ

Hazırda oxunan: Sakinlərin DİQQƏTİNƏ: Xəzər və Suraxanı rayonlarının bir hissəsində QAZ OLMAYACAQ

210735

Sentyabrın 10-u saat 10:00-dan etibarən Xəzər rayonunun Binə qəsəbəsində qaz xəttinin torpaq səthindən hündürlüyə qaldırılması və Bakavtomat ərazisində qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv edilməsi, həmçinin saat 09:00-dan "Bahar" QTM-dən "Suraxanı" QTM-ə gedən qaz kəmərində yeni çəkilmiş yol keçidinin birləşmə işlərinin aparılması məqsədilə qaz təchizatı dayandırılacaq.

Bu barədə Bizim.Media-ya "Azəriqaz" İB-dən bildirilib.

Bildirilib ki, təmir işləri aparılan müddətdə Xəzər rayonu üzrə Binə qəsəbəsinin Gürcüstanlılar məhləsinin, Kanal üstü, Bakavtamat və Pekarnı yolu adlanan ərazilərin, həmçinin Suraxanı rayonu üzrə isə Bahar və Dədə Qorqud yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO