Ali məktəblərin boş qalan yerlərinə qəbul olan şəxslərin qeydiyyatı BAŞLADI

Ali məktəblərin boş qalan yerlərinə qəbul olan şəxslərin qeydiyyatı BAŞLADI

Hazırda oxunan: Ali məktəblərin boş qalan yerlərinə qəbul olan şəxslərin qeydiyyatı BAŞLADI

210702

Sentyabrın 9-da bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə əlavə yerləşdirmə ilə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib. 

Bu barədə Bizim.Media-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, abituriyentlər //portal.edu.az/ sistemi vasitəsilə “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. 

Elektron sistem üzrə qeydiyyat 16 sentyabr saat 18:00-da başa çatacaq. 

Müvafiq xidmət vasitəsilə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO