1618-ci ilin bu günündə Səfəvi dövləti ilə Osmanlı imperatorluğu arasında növbəti müharibənin (1616-1618) yekunu olaraq Mərənd sülh sazişi imzalanıb. Səfəvi hökmdarı I şah Abbasla Osmanlı dövlətinin ordu komandanı Xəlil paşanın imzaladığı sazişə əsasən, iki dövlət arasında 1612-ci ildə əldə olunmuş Sarab sülhünün əsas şərtləri bir daha təsdiqlənib. Həmin şərtlərə əsasən, Səfəvi dövləti XVI əsrin sonunda Osmanlı ilə müharibədə (1578-1590) itirdiyi torpaqların böyük hissəsini geri aldı. Lakin bu sülh də uzun sürmədi və 1625-ci ildə tərəflər arasında yeni müharibə başlandı.
Bəs, sentyabrın 10-da dünyada daha hansı hadisələr baş verib?
1. 10 sentyabr 1172-ci ildə Misirdə Abbasilər xilafətinin yaranması elan olunub.
2. 10 sentyabr 1588-ci ildə ingilis dənizçisi Tomas Kavendiş tarixdəki 3-cü uğurlu dünya səyahətini başa çatdırıb.
3. 10 sentyabr 1823-cü ildə Simon Bolivar Perunun prezidenti elan edilib.
4. 10 sentyabr 1835-ci ildə Almaniyada uzunluğu 10 kilometr olan ilk dəmir yolu xətti açılıb.
5. 10 sentyabr 1857-ci ildə Tunisdə ilk konstitusiya qüvvəyə minib.
6. 10 sentyabr 1894-cü ildə ilk dəfə olaraq Londonda sərxoş vəziyyətdə avtomobil idarə edən Corc Smit 1 funt-sterlinq məbləğində cərimə olunub.
7. 1920-ci ilin bu günündə Bakıda Türkiyə Kommunist Partiyası təsis olunub.
8. 1932-ci ilin 10 sentyabrında Nyu-York metrosunun 3-cü xətti açılıb.
9. 10 sentyabr 1934-cü ildə Sovet İttifaqı Millətlər Cəmiyyətinə qəbul edilib.
10. 1939–cu ilin bu günündə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə respublikanın ərazi-inzibati bölgüsündə bir sıra dəyişikliklər edilib. Dağlıq Qarabağ Muxtar Vilayətinin Dizak və Corabərt rayonları Hadrut və Mardakert rayonları adlandırılıb. Bundan əlavə, yeni Jdanov (indiki Beyləqan) və İsmayıllı rayonları yaradılıb, Haciqabul qəsəbəsi Qazıməmməd və o, eyniadlı rayonun mərkəzi olub. Həmin il, həmçinin Ağstafa və Ucar rayonları da yaradılıb.
11. 10 sentyabr 1943-cü ildə İkinci dünya müharibəsində Alman ordusu Romanı ələ keçirib.
12. 10 sentyabr 2007-ci ildə Bakıda, Nərimanov rayonu ərazisində Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Layihənin müəllifi, tanınmış memar xanım Zaha Hadiddir. Müasir Bakının memarlıq simvoluna çevrilən Heydər Əliyev Mərkəzinin binası London Dizayn Muzeyinin "İlin Dizayni 2014" müsabiqəsinin əsas mükafatına layiq görülüb.
Sentyabrın 10-da bu şəxsiyyətlər xatırlanır:
1. 10 sentyabr 1901-ci ildə Əməkdar artist, vokalçı Qulam İsgəndərov (1901-1975) Şamaxıda doğulub. Opera və Balet Teatrında çalışıb.
2. 10 sentyabr 1917-ci ildə Xalq artisti Firuzə Əlixanova (1917 – 24.11.1994) Naxçıvan MR Ordubad rayonunda doğulub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb, teatrın ilk aktrisalarından biri olub.
3. 10 sentyabr 1931-ci ildə Xalq artisti, tanınmış vokal ifaçısı, aktyor Mobil Əhmədov (1931 – 3.6.2006) Gəncədə doğulub. 40 ilə yaxın Musiqili Komediya Teatrında çalışıb, tamaşalarda əsas rolları ifa edib.
4. 10 sentyabr 2015-ci ildə Əməkdar rəssam Altay Ağasəid oğlu Səidov (1926 – 10.9.2015) vəfat edib. O, Gənc Tamaşaçılar Teatrında baş rəssam işləyib.
5. 10 sentyabr 1968-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Fərhad Qənbər oğlu Hümbətov Qərbi Azərbaycanın Qarakilsə (Quqark) rayonunun Arçut kəndində anadan olub. O, 1992-ci il martın 7-də Şuşa, Kosalar, Xankəndi istiqamətlərində uğurlu döyüş yolu keçib və düşmənin 5 postunu dağıdıb. Fərhad 1992-ci il 29 martda Xankəndi yaxınlığında sayca üstün olan erməni silahlıları ilə döyüşə girib, yaralıları xilas edə bilsə də, özü qəhrəmancasına həlak olub.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:00 / 10.09.2024
BİZİM TƏQVİM: 10 sentyabrda baş vermiş tarixi hadisələr
Hazırda oxunan: BİZİM TƏQVİM: 10 sentyabrda baş vermiş tarixi hadisələr
Hazırda oxunan: BİZİM TƏQVİM: 10 sentyabrda baş vermiş tarixi hadisələr
210696
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.