Həbsdə olan sayt rəhbəri Mahir Ələkbərov (Mahir Xəttab) azadlığa buraxılıb.
Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, M.Xəttaba təyin olunmuş azadlıqdan məhrumetmə cəzası başa çatıb.
O, bu gün səhər saatlarında cəzaçəkmə müəssisəsindən buraxılıb.
Qeyd edək ki, Mahir Xəttab 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
İttihama görə, o, YAP Binəqədi Rayon Təşkilatının sabiq sədri Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri "Azadinfo.az" və digər xəbər saytlarında qəsdən yaydıqdan sonra həmin məlumatların yayılmasının qarşısının alınması üçün onunla görüşərək görüntülərin silinməsi məqsədilə 2 min manat vəsaitini hədə-qorxu ilə alıb.
Onun azadlığa çıxması ilə bağlı ilk məlumatı TNS saytı yayıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:32 / 09.09.2024
Həbsdə olan sayt rəhbəri azadlığa buraxıldı
Hazırda oxunan: Həbsdə olan sayt rəhbəri azadlığa buraxıldı
Hazırda oxunan: Həbsdə olan sayt rəhbəri azadlığa buraxıldı
210622
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.