Günay Məmmədzadə: "Şahmata marağım nənə və babamın sayəsində yaranıb” - VİDEO

Günay Məmmədzadə: "Şahmata marağım nənə və babamın sayəsində yaranıb” - VİDEO

Hazırda oxunan: Günay Məmmədzadə: "Şahmata marağım nənə və babamın sayəsində yaranıb” - VİDEO

210595

Azərbaycan şahmatçısı Günay Məmmədzadə haqqında reportaj hazırlanıb.

Bizim.Media xəbər verir ki, Günay Məmmədzadə 2014-cü ildə, 14 yaşında olarkən qadınlar arasında beynəlxalq qrossmeyster adına yiyələnib və bununla da Azərbaycan qadın şahmatı tarixində gənc yaşda bu ada layiq görülmüş ilk şahmatçı olub.

2018-ci ildə isə o, kişilər arasında beynəlxalq usta adına layiq görülüb. Şahmatçı FİDE-nin 2023-cü ilin iyun ayı üçün olan reytinq siyahısında 2 456 xalla Azərbaycan qadın şahmatçıları arasında birinci, "Ən yaxşı 100 qadın şahmatçı" siyahısında isə 25-ci yerdə qərarlaşıb.

O, FİDE-nin reytinq siyahısında əmsalına (2 483, oktyabr 2 022) görə ən yüksək nəticə göstərmiş azərbaycanlı qadın şahmatçıdır.

Günay şahmatla necə məşğul olmağa başladığını izah edərkən qeyd edib ki, bu idman növünə marağı nənə və babasının sayəsində yaranıb:

"Nənəm və babam böyük şahmatsevərlər idilər. Həmişə şahmat oynayırdılar. Onlardan biri uduzanda aralarında mübahisə yaranırdı və bu, mənə maraqlı gəlirdi. Daha sonra valideynlərim bunu görüb məni şahmat məktəbinə yazdırdılar".

Şahmatçının atası Vüqar Məmmədov isə deyib ki, Günayın uğur qazanması üçün çox çətinliklərlə qarşılaşsalar da, onların öhdəsindən gəliblər:

"Uşağın inkişafı üçün valideynlər çox diqqətli olmalıdırlar. Xaricə gedəndə xüsusi diqqət və maliyyə dəstəyi tələb olunur. Bəzən nəticə əldə etmədən belə yarışlara qatılmalısan. Çətin məqamlar yaşasaq da, bunların hamısını aşmışıq".

Arzularının böyük bir hissəsini gerçəkləşdirdiyini söyləyən G.Məmmədzadə hələ də tam olaraq istəyinə çatmadığını vurğulayıb:

"Pəncərədən bayıra baxanda uşaqların həyətdə oynadıqlarını görürdüm, mən isə şahmatla məşğul olurdum. Həmin dövrü xatırlayanda düşünürəm ki, uşaqlığım olmayıb. Amma bilirəm ki, bu, arzularım üçün idi".

Daha ətraflı Baku TV-nin süjetində:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO