Ağdaşa toya dəvət alan Qobustan sakininin qətlə yetirilməsinin təfərrüatları məlum olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan Bizim.Media-ya bildirilib ki, Qobustanın Nərimankənd sakini 28 yaşlı İlkin İsgəndərli ötən gün Ağdaşda keçirilən toy məclisində qonaq qismində iştirak edib.
İlkin məlumata görə, İ.İsgəndərli ilə toya dəvət alan digər şəxs və ya şəxslər arasında baş verən mübahisə sonradan davaya çevrilib.
MÖVZU İLƏ BAĞLI:
Ağdaşda 28 yaşlı gənc qətlə yetirildi - QATİL AXTARILIR
Dava zamanı müxtəlif bıçaq xəsarətləri alan İlkin İsgəndərli ağır vəziyyətdə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlərin ilkin tibbi müdaxilələrinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Bizim.Media