Naxçıvanda yaşlı kişi belə xilas edildi - VİDEO

Naxçıvanda yaşlı kişi belə xilas edildi - VİDEO

Hazırda oxunan: Naxçıvanda yaşlı kişi belə xilas edildi - VİDEO

210575

Naxçıvanda yaşlı kişi ağacdan yıxılaraq köməksiz vəziyyətdə qalıb.

Bizim.Media  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri, Xətai məhəlləsi, 35 ünvanında vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb ediliblər.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1968-ci il təvəllüdlü Asəf Abdullah oğlu Haqverdiyev ağacdan yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb və evin divarı ilə hasarı arasında köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər zərərçəkmiş A.Haqverdiyevi xüsusi vasitələrin köməyi ilə ərazidən təxliyə edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Həmin görüntüləri təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO