Xəbər verdiyimiz kimi, Ağstafada bədbəxt hadisə baş verib.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Qırılı kəndində qeydə alınıb.
MÖVZU İLƏ BAĞLI:
Ağstafada ər-arvad faciəvi şəkildə vəfat etdi
Kənd sakini Füzuli İsmayılov pilləkəni hasara söykəyib üzüm yığırmış. Bu zaman hasar üçub, Füzuli İsmayılov və onun həyat yoldaşı 1967-ci il təvəllüdlü Xatirə İsmayılova daşın altında qalıblar. Hər iki şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Apa.az-a istinadən ölən ər və arvadın fotosunu təqdim edirik:
Bizim.Media