Hərbi qulluqçularımızın asudə vaxtı necə təşkil olunur? - FOTO

Hərbi qulluqçularımızın asudə vaxtı necə təşkil olunur? - FOTO

Hazırda oxunan: Hərbi qulluqçularımızın asudə vaxtı necə təşkil olunur? - FOTO

210538

Azərbaycan Ordusunda şəxsi heyətin mədəni asudə vaxtının səmərəli təşkili və ruh yüksəkliyinin daha da artırılması məqsədilə mütəmadi olaraq tədbirlər keçirilir.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, cari ilin tədbirlər planına uyğun olaraq, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Ordusunda hərbi qulluqçular üçün mədəni-kütləvi tədbirlər və müxtəlif tarixi muzeylərə ekskursiyalar təşkil edilir.

Tədbirlər çərçivəsində vətənpərvərlik mövzusunda təqdim edilən konsert proqramlarında ifa olunan musiqilər və rəqslər şəxsi heyət tərəfindən alqışlarla qarşılanır.

Silsilə tədbirlərdə, həmçinin "Əsgərə məktub" layihəsi çərçivəsində vətəndaşlar tərəfindən yazılmış məktublar Vətən qoruyucularına çatdırılır. Hərbi qulluqçular onlara ünvanlanmış məktubları böyük maraqla oxuyurlar.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO