Həbs edilən karate müəllimi yetkinlik yaşına çatmayan şəxslə münasibətdə olub? - TƏFƏRRÜAT

Həbs edilən karate müəllimi yetkinlik yaşına çatmayan şəxslə münasibətdə olub? - TƏFƏRRÜAT

Hazırda oxunan: Həbs edilən karate müəllimi yetkinlik yaşına çatmayan şəxslə münasibətdə olub? - TƏFƏRRÜAT

210532

Bakıda həbs edilən tanınmış karate müəllimi Tərlan Cavadovun nədə ittiham edildiyi məlum olub.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, T.Cavadov yetkinlik yaşına çatmayan şəxslə cinsi münasibətdə şübhəli bilinir.

Zərərçəkmişin onun yetirməsi olduğu bildirilir. Azyaşlının valideynləri tərəfindən Yasamal Rayon Polis İdarəsinə müraciət daxil olub.

Polis tərəfindən müraciət dərhal araşdırılıb və T.Cavadov saxlanılıb. Ona Cinayət Məcəlləsinin 152-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Yasamal Rayon Məhkəməsi tərəfindən karate müəllimi barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, T.Cavadov uzun illərdir karate üzrə yetirmələr hazırlayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO