Cəlilabad rayonunun Azərbaycan küçəsində yaşayış evində yangın bas verib.
Bizim.Media xəbər verir ki, yanğın zamanı iki azyaşlı uşaq evdə qalıb. Onların xilası üçün Fövqəladə Hallar Nazirliyinın müvafiq bölmələri çalışır.
Hazırda uşaqların biri xilas edilərək təcili surətdə xəstəxanaya aparılır. Digər azyaşlının evdə olması barədə ilkin məlumat təsdiqini tapmayıb, o, evdən kənarda olub.
Qeyd edək ki, ana iki azyaşlı uşağı ilə həmin evdə kirayə qalıb. Ana işləmək üçün Cəlilabad rayonunun kəndlərindən birindən şəhərə köçüb.
Sabutay, Bizim.Media, Cənub bürosu