Tanınmış jurnalist Hidayət Elvüsal VƏFAT ETDİ

Tanınmış jurnalist Hidayət Elvüsal VƏFAT ETDİ

Hazırda oxunan: Tanınmış jurnalist Hidayət Elvüsal VƏFAT ETDİ

210511

Tanınmış jurnalist, publisist Hidayət Elvüsal vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə modern.az-a onun dostları məlumat veriblər.

Hidayət Yunis oğlu Elvüsal 1949-cu ildə Kəlbəcər rayonunda anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. Universitetdə oxuduğu illərdə Kəlbəcərdə çıxan “Yenilik” qəzetində və yerli radioda çalışıb.

Sonrakı illərdə “Azərbaycan gəncləri”, “Kommunist”, “Səhər” və başqa qəzetlərdə işləyib.

Hidayət Elvüsal "Səhər" qəzetində çalışarkən "Belə-belə işlər" adlı rubrikası ilə məşhurlaşmışdı. O, dövrün problemlərini "Belə-belə işlər"də satirik üslubda qələmə alırdı.

Allah rəhmət eləsin.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO