Şamaxıda Üçüncü Üzüm və Şərab Festivalına start verildi - FOTO

Şamaxıda Üçüncü Üzüm və Şərab Festivalına start verildi - FOTO

Hazırda oxunan: Şamaxıda Üçüncü Üzüm və Şərab Festivalına start verildi - FOTO

210405

Sentyabrın 7-də Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şamaxı şəhərinin Meysəri kəndində Üçüncü Üzüm və Şərab Festivalına start verilib.

Bizim.Media xəbər verir ki, festivalın keçirilməsinin məqsədi yerli üzüm və şərab istehsalını təşviq etmək, şərab məhsullarının ixrac potensialını artırmaq, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılmasıdır.

Festival ərazisində sərgi, əyləncə, müxtəlif master-klass zonaları və tanınmış restoranların pavilyonları quraşdırılıb, 23 şərab evinin iştirakı təmin olunub. Həmçinin festival çərçivəsində musiqili proqram və müxtəlif əyləncələrin təşkili nəzərdə tutulub.

Ziyarətçilər yerli və xarici istehsalçıların şərab məhsullarını dada, həmçinin bəyəndikləri məhsulları ala bilirlər.

Festivalda şərab istehsalçıları, şərabçılıq turizmi ilə məşğul olan sənaye üzvləri, rəsmi və media nümayəndələri daxil olmaqla, şərab həvəskarları aktiv formada iştirak edirlər.

Qeyd edək ki, iticket.az saytı vasitəsilə qeydiyyatdan keçən şəxslərin festivala 7-8 sentyabr tarixlərində saat 11:30-da Heydər Əliyev Mərkəzinin park ərazində yerləşən yerüstü dayanacaqdan Meysəri kəndinə aparılıb-gətirilməsi təşkil olunur.

Dövlət Turizm Agentliyi tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınan yerli üzüm sortlarının və şərab növlərinin mövcudluğu nəzərə alınaraq şərabçılıq turizminin beynəlxalq səviyyədə təbliğatı aparılır. Ölkəmizdə qərb, şimal və şimal-qərb turizm marşrutları üzrə, o cümlədən Xocavənd rayonunun Tuğ qəsəbəsində mövcud qədim şərabçılıq ənənələrinin yaşadılması və turizm məqsədli istifadəsi əsas inkişaf istiqamətləri sırasındadır.

Həmçinin Azərbaycan 20 ölkənin şərabçılıq marşrutunu özündə birləşdirən, Avropa Şurası və Avropa Mədəni Marşrutlar İnstitutu tərəfindən şərab irsi və şərabçılıq turizmini, eləcə də dayanıqlı turizm növlərini təşviq etmək məqsədini yaradılmış “İter Vitis” maddi və qeyri-maddi şərabçılıq mədəni marşrutunun üzvüdür.



Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO