Azərbaycana hava nəqliyyatı ilə səfər edənlərin sayı ARTIB – RƏQƏMLƏR

Azərbaycana hava nəqliyyatı ilə səfər edənlərin sayı ARTIB – RƏQƏMLƏR

Hazırda oxunan: Azərbaycana hava nəqliyyatı ilə səfər edənlərin sayı ARTIB – RƏQƏMLƏR

210393

Bu ilin yanvar-avqust aylarında Azərbaycana hava nəqliyyatı ilə 39 ölkədən 2 milyon 335 min 130 nəfər səfər edib.

Bizim.Media Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7 ölkə (21,8 %) və 526 min 485 nəfər (35,2 %) çoxdur.

8 ayda Azərbaycana ən çox sərnişin Rusiyadan daşınıb - 639 min 458 nəfər. Bu da 1 il əvvələ nisbətən 30,2 % artım deməkdir.

Hesabat dövründə Türkiyədən isə Azərbaycana 577 min 254 nəfər səyahət edib ki, bu da illik müqayisədə 18,7 % çoxdur.

İlk üçlüyə Birləşmiş Ərəb Əmirlikləri də 298 min 614 sərnişinlə (+47,5 %) daxil olub.

Daha sonra, Gürcüstan 149 min 842 sərnişin (+ 40,5 %), Səudiyyə Ərəbistanı 86 min 30 sərnişin (+14,8 %), Qazaxıstan 71 min 233 sərnişin (+31,1 %), Hindistan 71 min 582 sərnişin ( + 6,6 dəfə), İtaliya 40 min 599 sərnişin (+ 2 dəfə), Özbəkistan 38 min 41 sərnişin ( - 16 %), Küveyt 36 min 746 sərnişin ( + 33,1 %) və Qətər 36 min 186 sərnişin (+ 75,8 %) qərarlaşıb.

İlk onluğa Hindistan, İtaliya daxil olaraq, İsrail (29 min 034 sərnişin, - 4,5 %) və Almaniyanı (21 min 803 sərnişin, - 6,3 %) siyahıdan çıxarıb.

Təkcə avqustda isə Azərbaycana 378 min 248 sərnişin daşınıb. Bu, ötən ilin eyni ayına nisbətən 27,6 % çoxdur.

O cümlədən, ötən ay Türkiyədən 106 min 44 sərnişin daşınıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 8 % çoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO